29/10/2019
20:00
1496
| A A A
Beyl baş nazirin kim olduğunu da bilmir

Real-ın futbolçusu Qaret Beyl siyasətə münasibəti barədə danışıb.

Goal.az xəbər verir ki, Beyl siyasətlə maraqlanmadığını bildirib. O, Böyük Britaniyanın baş nazirinin kim olduğunu bilmədiyini də etiraf edib:

"Brexit”lə yalnız maliyyə nöqteyi-nəzərindən maraqlanıram. Çünki bundan sonra pul və investisiyamla fərqli davranmalıyam. Amma bu proseslə bağlı mətbuatda yazılan cəfəngiyatları demək olar ki, oxumuram. Hətta Böyük Britaniyanın baş nazirinin kim olduğunu da bilmirəm. Anlayışım belə yoxdur. Nəyə daha çox maraq göstərirəm? Məni daha çox qol maraqlandırır, vəssalam. Dünyanın ən yaxşı qolfçularının adlarını çəkə bilərəm. Təqaüdə çıxandan sonra nə iş görəcəyəm? Qolf oynayacağam”.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39740 səs