08/12/2019
16:59
3142
| A A A
Paul Poqba necə müsəlman olub? - Həyat hekayəsi
Manchester Yunayted-in ulduzu Paul Poqba maraqlı açıqlamalar verib. 
Goal.az xəbər verir ki, Qveniya əsilli fransalı futbolçu dini baxışları ilə bağlı danışıb.
20 yaşından əvvəl İslamı qəbul etdiyini bildirən Poqba deyib ki, dostları ilə birlikdə dua edib və özünü yaxşı hiss etdiyi üçün müsəlman olmaq qərarına gəlib. 
"Müsəlman olmaq məni çox dəyişdirdi. Həyatda bəzi şeylərin fərqinə vardım. Bələ ki, məni daha rahat insana çevirir. Anam müsəlman olsa da, mən müsəlman olaraq doğulmadım. Amma hər kəsə hörmət edərək böyüdüm. İslamın hər kəsin sandığı kimi terrorla əlaqəsi yoxdu. Mediadan oxuduğumuz, eşitdiyimiz şeylər çox fərqlidi. Tanımağınız vacibdi. İslam bütün insanlara və hər şeyə hörmətdi" deyə Poqba bildirib. 
 
Fransalı ulduz İslamın onu daha yaxşı insan etdiyini deyib: "Çox sayda müsəlman dostum var. Hər zaman danışırdıq. Özümü bir çox məsələdə sorğu-sual etdim. Sonra araşdırma aparmağa başladım. Dostlarımla bir dəfə dua etdik və fərqli şeylər hiss etdim. Özümü həqiqətən yaxşı hiss etməyə başladım. O gündən bəri davam edirəm. Gündə 5 dəfə ibadət etməyə məcbursunuz. Bu İslamın təməllərindən biridi. İbadət etməyin səbəbi bağışlanmağını xahiş etmək və sağlamlığın, sahib olduğun hər şey üçün şükür etməkdi. İslam həqiqətən zehnimi açdı və bəlkədə məni daha yaxşı bir insan etdi. O biri dünya haqqında isə çox fikirləşmirəm".
 
(fanat.az)