Mourinyonun Tottenham-də ilk qalmaqalı
Tottenham-in bazar günü keçirilən məşqində qalmaqal yaşanıb.
Goal.az xəbər verir ki, İngiltərə kubokunun Middlesbrough ilə ikinci görüşündə oynamayan London klubunun müdafiəçisi Denni Rouz Premyer Liqanın 23-cü turunun Watford-la qarşılaşmasında da meydana çıxmamasına görə məşqdə portuqal mütəxəssisə sərt şəkildə narazılığını bildirib.
29 yaşlı futbolçu "Don Joze" ilə ağır tonda danışıb, tərəflər mübahisə ediblər. Britaniya mətbuatı bu qarşıdurmanı Mourinyonun Tottenham-də ilk qalmaqalı kimi qələmə verib. (sportinfo)
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR