27/01/2020
02:48
2362
| A A A
Əfsanəvi basketbolçu helikopter qəzasında öldü

Dünyaca məşhur basketbolçu Kobe Bryant helikopter qəzası nəticəsində dünyasını dəyişib.

Goal.az xəbər verir ki, hadisə səhər saatlarında Kaliforniyada baş verib.

Qəzaya düşən helikopterin içində Los Angeles Lakers əfsanəsinin qızı Gianna da daxil olmaqla, üç sərnişin və pilot olub. Onlardan heç biri sağ qalmayıb.

Qeyd edək ki, Qara Mamba ləqəbli basketbolçunun 41 yaşı var idi. O, karyerasını 2016-cı ildə başa vurmuşdu.