20/03/2020
10:00
1277
| A A A
İquain karantindən qaçmaq istədi

Juventus-un futbolçusu Qonsalo İquain karantindən qaçaraq Argentinaya getməyə çalışıb.

Goal.az xəbər verir ki, bu ölkədə geniş yayılan koronavirus epidemiyasına görə argentinalı hücumçu vətəninə qayıtmağa cəhd edib. Ancaq 32 yaşlı forvardı hava limanında polis saxlayıb və onun səfəri baş tutmayıb.

Xatırladaq ki, artıq İtaliyada koronavirus epidemiyasından minlərlə insan ölüb. Juventus-un futbolçuları Daniele Ruqani və Blez Matyuidi də bu virusa yoluxub.