22/03/2020
00:22
2795
| A A A
Əfsanəvi futbolçu koronavirusa yoluxdu

Milan-ın futbol direktoru Paolo Maldinidə koronavirus aşkarlanıb.

Goal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumatda əfsanəvi futbolçu ilə yanaşı, onun oğlu Daniel Maldininin də koronavirusa yoluxduğu açıqlanıb.

Onlardan götürülən koronavirus testlərinin nəticəsi pozitiv çıxıb. Bu üzdən də Milan rəsmisi və onun elə bu komandada forma geyinən oğlu dərhal xüsusi nəzarətə götürülüb. 51 yaşlı keçmiş futbolçu və onun 18 yaşlı oğlu ev şəraitində müalicə alır. Onların vəziyyətinin hazırda yaxşı olduğu bildirilir.