22/03/2020
11:35
1856
| A A A
Məşhur klubun prezidenti koronavirusa yoluxdu

Braziliyanın “İnternasional” klubunun prezidenti Marselo Medeyros koronavirus pandemiyasına yoluxub.

Goal.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabından məlumat yayıb:

“Testələrin nəticəsi koronavirusa yoluxduğumu təsdiq edir. Səhiyyə müəssisələrinin qaydalarına əməl edərək, növbəti iki həftə karantində olacam.

Ailəm, dostlarım və klub üzvləri artıq profilaktik tədbirlər görüb. Son bir neçə gündə yüzlərlə məktub almışam. Sakit olaq və bu məsələni birlikdə həll edək”.