23/03/2020
10:37
4102
| A A A
Ronaldonun koronavirus testinin nəticəsi bilindi

Juventus-un hücumçusu Kriştiano Ronaldo koronavirus testindən keçib.

Goal.az xəbər verir ki, portuqaliyalı futbolçunun testinin nəticəsi mənfi olub və onda virus aşkarlanmayıb.

Ronaldo hazırda Madeyra adasındakı villasında karantindədir. Onun Juventus-da komanda yoldaşı olan Daniel Ruqani, Blez Matyuidi və Paulo Dibala koronavirusa yoluxub.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8549 səs