23/03/2020
23:34
3723
| A A A
Galatasaray-da növbəti şok

Galatasaray-ın baş məşqçisi Fatih Terim də koronavirusa yoluxub.

Goal.az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə sosial şəbəkə hesabından paylaşım edib:

“Bu gün koronavirusla bağlı götürülən test nəticələrim pozitiv çıxdı. Xəstəxanada əmin əllərdəyəm. Narahat olmayın. Ən qısa vaxtda xəbərləşmək ümidi ilə”.

Qeyd edək ki, bu gün İstanbul təmsilçisinin vitse-prezidenti Abdurrahim Albayrak və onun xanımının da koronavirusa yoluxduğu açıqlanmışdı.