24/03/2020
15:08
1677
| A A A
Real Madrid-in daha bir prezidenti koronavirusa yoluxdu

Real Madrid-in sabiq prezidenti Fernando Martin Alvares koronavirusa yoluxub.

Goal.az xəbər verir ki, 72 yaşlı biznesmen Madrid xəstəxanalarından birinin intensiv terapiya şöbəsinə yerləşdirilib.

Alvares 2016-cı ilin fevralında Florentino Peresin istefasından sonra klubun müvəqqəti prezidenti təyin olunub.

Bir neçə gün əvvəl koronavirus infeksiyasından Real Madrid-in daha bir prezidenti Lorenso Sanz 76 yaşında ikən vəfat edib.