08/05/2020
13:53
1735
| A A A
Məşhur futbolçu hərbi xidməti başa vurdu

Tottenhan-in cənubi koreyalı futbolçusu Son Xın Min hərbi xidməti başa vurub.

Goal.az xəbər verir ki, 28 yaşlı hücumçu 3 həftəlik əsgərlik dövrünü uğurla bitirib.

Aprelin 20-dən hərbi hazırlıqlarda iştirak edən asiyalı forvard 157 nəfərlik şəxsi heyət arasında ən yaxşılardan biri olub. Min güllə atışında isə maksimum nəticə göstərib.

Kursu müvəffəqiyyətlə bitirən futbolçuya diplom təqdim olunub. Təcrübəli oyunçu ordu vəzifələrini tam şəkildə yerinə yetirmək üçün 2023-cü ilə qədər bir sıra ictimai işləri tamamlamalıdır.

Qeyd edək ki, Son Xın Min 2015-ci ildən Tottenham-də çıxış edir.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21665 səs