22/06/2020
17:00
5788
| A A A
Dünyanın Top-10 ən bahalı futbolçuları

Futbolçular öz gəlirlərinə və transfer qiymətlərinə görə diqqətçəkən peşə sahibləri arasındadırlar. Bəziləri onların belə yüksək qazanc əldə etməsini və qiymətləndirilməsini ədalətsiz hesab etsələr də digərləri bu bərabərsizliyi futbolçuların öz istedadlarına görə başqalarından fərqlənmələri ilə əsaslandırırlar. 2019-cu ildə dünyanın ən bahalı futbolçularının kimlər olduğunu bilmək üçün dünyanın aparıcı auditor və konsaltinq şirkətlərindən biri olan KPMG şirkəti tərəfindən hazırlanmış siyahıya baxa bilərsiniz.

Goal.az xəbər verir ki, Top-10-da yer alan oyunçular KPMG-nin tərtib etdiyi və 12 liqadan 5000-dən çox oyunçunun yer aldığı siyahıya tranfer qiymətinə görə digərlərini arxada qoyan PSG və Fransa milli komandasının futbolçusu Killian Mbappe liderlik etmişdir. Təəccüblü olsa da Juventus-un ulduz oyunçusu Kriştiano Ronaldo Top-10-a daxil ola bilməmişdir. Barcelona-nın ulduzu Lionel Messi isə yalnız üçüncü yerlə kifayətlənib. Tam siyahı aşağıdakı kimidir:

1. Kilian Mbappe – PSG-nin hücumçusu, 225 milyon avro

2. Neymar Da Silva Santos Junior – PSG-nin hücumçusu, 185 milyon avro

3. Lionel Messi – Barcelona-nın hücumçusu, 180 milyon avro

4. Eden Hazard – Real Madrid-in yarımmüdafiəçisi, 152 milyon avro

5. Rahim Sterlinq – Manchester City-nin yarımmüdafiəçisi, 150 milyon avro

6. Məhəmməd Salah – Liverpool-un hücumçusu, 150 milyon avro

7. Harri Keyn – Tottenham-ın hücumçusu, 140 milyon avro

8. Sadio Mane – Liverpool-un hücumçusu, 130 milyon avro

9. Kevin de Bruyne – Manchester City-nin yarımmüdafiəçisi, 130 milyon avro

10. Antuan Qrizmann – Barcelona-nın hücumçusu, 125 milyon avro

Bütün bu futbolçuların oynadıqları liqalarda siz e-topaz.az vasitəsilə mərc edə bilərsiniz. Azərbaycanda futbola mərclər etmək üçün yeganə qanuni idman mərci saytı vasitəsilə siz Etopaz proqramından keçiriləcək oyunlar barəsində məlumat ala və Topaz futbol proqnozu ilə tanış ola bilərsiniz.

Transfer qiyməti əsasında dəyərləndirmə. Qeyd edək ki, KPMG-nin dəyərləndirməsi yalnız mövcud transfer qiymətinə əsaslanır və oyunçuların nümayiş etdirdiyi oyunla bağlı bonusları nəzərə almır. Lakin bu statistika futbolun biznes tərəfini başa düşmək və təhlil etmək baxımdan çox əhəmiyyətlidir, eləcə də idmançılarla bağlı mühüm qərarların qəbulu zamanı ona istinad olunur. Buna görə də siyahıda yer almaq oyunçuların gələcək karyerasına birbaşa təsir göstərə bilər.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8922 səs