28/06/2020
18:36
6370
| A A A
Transferlərə 1 milyarddan artıq xərcləyən 10 klub müəyyənləşdi

GiveMeSport analitik saytı 2000/01 mövsümündən bəri transferlərə ən çox pul xərcləyən 10 klubun siyahısını tərtib edib.

Goal.az xəbər verir ki, birinci pillədə Chelsea qərarlaşıb. "Zadəganlar" son 20 ildə transferlərə 1,96 milyard funt (təqribən 2 milyard 215 milyon avro) xərcləyib. Ümumilikdə, Avropanın 14 klubunun hər biri göstərilən müddətdə transferlər üçün ən azı 1 milyard funtundan keçib.

Son 20 ildə transferlərə ən çox pul xərcləyən klubların siyahısı:

1. Chelsea - 1,96 mlrd funt

2. Real Madrid - 1,95 mlrd

3. Barcelona - 1,87 mlrd

4. Manchester City - 1,86 mlrd

5. Juventus - 1,73 mlrd

6. Manchester United - 1,62 mlrd

7. İnter - 1,44 mlrd

8. PSG - 1,41 mlrd

9. Liverpool - 1,35 mlrd

10. Atletico Madrid - 1,23 mlrd

(fanat)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
11981 səs