01/08/2020
15:50
483
| A A A
Ronaldinyo bu ay sərbəst buraxıla bilər

2002-ci il dünya çempionatının qalibi və 2005-ci ilin "Qızıl top" mükafatçısı Ronaldinyo avqust ayında azadlığa çıxa bilər.

Goal.az xəbər verir ki, istintaqın böyük hissəsi tamamlanıb. Ronaldinyonun yalnız saxta sənədlərdən istifadədə günahkar olduğu, çirkli pulların yuyulması, valyuta spekulyasiyası və saxta sənədlərin hazırlanması ilə əlaqəsi olmadığı bildirilir. Brazilliyalı əfsanədən və qardaşından günahlarını etiraf etmələri və cərimə ödəməli istəniləcək. Daha sonra onların sərbəst buraxılacağı gözlənilir.

Ronaldinyo və qardaşı mart ayında saxta sənəddən istifadə edərək Paraqvaya daxil olmağa çalışarkən həbs edilmişdilər. Apredə onlar 1,6 milyon dollar girov müqabilində ev dustaqlığına göndərilmişdilər. (fanat)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
13074 səs