24/10/2020
16:27
1382
| A A A
İtaliya millisinin sabiq futbolçusu qarət edildi

İtaliya millinin sabiq futbolçusu Luka Toninin ailəsi silahlı soyğuna məruz qalıb.

Goal.az xəbər verir ki, 43 yaşlı keçmiş hücumçu bu barədə "Instagram" hesabından məlumat verib.

Toni cümə axşamı 3 silahlı şəxsin evi qarət etdiyini bildirib: "Ən əsası odur ki, ailəmdə hər şey qaydasındadır. Bizim üçün böyük qorxu olsa da, zərər görmədik. Cinayətkarların dəyərli əşyaları götürməsi kədərlidir".

Qeyd edək ki, Luka Toni 2006-cı ildə İtaliya yığmasının heyətində dünya çempionu olub.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21410 səs