03/01/2021
16:28
2163
| A A A
Milli futbolçunun qardaşı UEFA-nın siyahısında

UEFA Avropanın 50 istedadlı gənc futbolçusunun siyahısını açıqlayıb.

Goal.az xəbər verir ki, siyahıya Azərbaycanın U-21 millisinin və Sabah klubunun yarımmüdafiəçisi Ozan Can Kökçünün qardaşı Orkun Kökçü də düşüb. Hazırda Feyenoord komandasında çıxış edən 20 yaşlı yarımmüdafiəçi Niderlandın U-19 yığmasının üzvü olub. O, hazırda Türkiyənin əsas millisinə dəvət alır və Rotterdam klubu ilə müqaviləsini 2025-ci ilədək uzadıb.

Siyahıdakı daha bir türk futbolçu Altınordu-nun yetirməsi Ravil Tahirdir. Hazırda Başakşehir-də çıxış edən 17 yaşlı müdafiəçi Türkiyənin U-21 yığmasının da üzvüdür.

Türk əsilli Yusuf Demir isə 17 yaşındadır. O, doğulduğu Avstriyanın ən perspektivli oyunçusu sayılır. Vyana Rapid-ində çıxış edən Demir bu mövsüm Avropa Liqasında qol vurmağı da bacarıb.

Qeyd edək ki, siyahıda Gürücüstanın U-21 yığmasının və Lokomotiv (Tbilisi) komandasının qapıçısı Georgi Mamardaşvili də var. Ən məşhur sima isə italiyalı Paolo Maldininin oğlu və Çezare Maldininin nəvəsi Daniel Maldinidir. O, Milan-da ailəvi ənənədən fərqli mövqedə - hücumameylli yarımmüdafiəçi qismində çıxış edir. 19 yaşlı oyunçu bu mövsüm Avropa Liqasında, ötən mövsüm isə İtaliya A Seriyasında debüt edib.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19922 səs