04/01/2021
15:48
1619
| A A A
Useyn Bolt hansı futbolçularla yarışmaq istəyir?

Yüngül atletika əfsanəsi Useyn Bolt karyerasında bir çox rekorda imza atıb. 100 və 200 metrlik yarışların rekordçusu olan yamaykalının futbola olan marağı da məlumdur. Son olaraq FİFA-ya müsahibə verən Bolt 4x100 metr məsafədə yarışmaq istədiyi 3 futbolçunun adını açıqlayıb.

Goal.az xəbər verir ki, o, birlikdə rəqabət aparmaq üçün Kriştiano Ronaldo, Kilian Mbappe və Qaret Beyli seçib.

"Ronaldo 35 yaşında olmasına baxmayaraq, keçən mövsüm Napoli qarşısında 92 metri 10 saniyədə qaçdı. Mbappe və Beyl də sürətləri ilə seçilirlər",- deyə Bolt açıqlamasında bildirib.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19923 səs