20/01/2021
10:51
4346
| A A A
Ronaldo Pereslə görüşüb

Juventus-un hücumçusu Kriştiano Ronaldo Real Madrid-in prezidenti Florentino Pereslə görüş keçirib.

Goal.az xəbər verir ki, görüş Turində, Juventus-un bazasında olub. Ancaq tərəflərin əsasən hansı məsələni müzakirə etmələri hələ məlum deyil.

Kriştiano Ronaldo Juventus-a 2018-ci ilin yayında Real Madrid-dən keçib. Transferin məbləği 117 milyon avro təşkil edib. Futbolçunun klubla müqaviləsi 2022-ci ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, Ronaldo cari mövsümdə Juventus-un heyətində 18 oyuna 17 qol vurub.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19922 səs