Ronaldo 5,3 milyonluq təklifdən imtina etdi
Juventus-un ulduzu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanından aldığı reklam təklifini rədd edib.
Goal.az xəbər verir ki, ərəblər portuqaliyalı futbolçuya ən son turizm yeniliklərinin reklamı üçün illik 5,3 milyon funt-sterlinq təklif edib. Amma Ronaldo reklam təklifini qəbul etməyib.
Məlumata görə, Ronaldodan rədd cavabı alan ərəblər Barcelona-nın ulduzu Lionel Messiyə təklif göndərib. Argentinalı futbolçu hələlik təklifə cavab verməyib.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR