27/01/2021
22:29
1251
| A A A
Pandemiyanın Avropa klublarına vurduğu zərərin məbləği açıqlandı

Avropa futbol klublarının koronavirus pandemiyası dövründəki maliyyə itkiləri 10 milyard ABŞ dollarından çox ola bilər.

Goal.az xəbər verir ki, bu barədə İtaliya Juventus-unun prezidenti Andrea Anyelli "Associated Press"ə açıqlamasında deyib.

Avropa Klublar Birliyinə (ECA) də rəhbərlik edən funksioner bildirib ki, vəziyyətdən çıxmaq üçün təqribən 360 komandaya ən azı 7,2 milyard ABŞ dolları məbləğində vəsait lazım olacaq.

Qeyd edək ki, daha əvvəl "Deloitte" şirkəti Avropanın ən uğurlu 20 klubunun cari mövsümdəki maliyyə itkilərinin 2 milyard avronu ötdüyünü açıqlayıb. (report)

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19923 səs