28/01/2021
20:33
3665
| A A A
İran millisinin sabiq üzvü koronavirusun qurbanı oldu

İran millisinin sabiq üzvü Mehrdad Minavənd vəfat edib.

Goal.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi 45 yaşında dünyasını dəyişib. O, koronavirusun qurbanı olub.

Bir müddət koronavirusla mübarizə aparan sabiq futbolçu keçən həftə reanimasiyaya yerləşdirilmişdi.

Minavənd 1998-ci ildə keçirilən dünya çempionatında İran millisinin heyətində yer almışdı.(report)

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19923 səs