06/02/2021
16:23
476
| A A A
Maradonanın psixiatrı səhlənkarlıqda günahlandırılır

Dünyasını dəyişmiş argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanı müalicə edən psixiatr Aqustina Kosaçov səhlənkarlıqda günahlandırılıb.

Goal.az xəbər verir ki, bu barədə "EFE" məlumat yayıb.

Xəbərə görə, 2020-ci il oktyabrın 20-də Maradonanın sağlamlıq vəziyyəti haqqında psixiatr tərəfindən tərtib olunan hesabat prokurorluğun diqqətini cəlb edib.

Prokurorluq Maradonanın mütəxəssisə müraciət etmədiyindən və hesabatdakı məlumatların həqiqətə uyğun olmadığından şübhələnir. Psixiatrın vəkili məlumatı təkzib edib, ancaq tibbi sənədin tarixi ilə bağlı səhv ola biləcəyini açıqlayıb.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında vəfat edib. Onun xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü bildirilib.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19923 səs