11/02/2021
13:20
746
| A A A
Klopp anasının dəfninə gedə bilmədi

Liverpool-un baş məşqçisi Yurgen Kloppun anası Elizabet Klopp dünyasını dəyişib.

Goal.az xəbər verir ki, alman mütəxəssisin anası 81 yaşında yaşadığı Qlatten şəhərində vəfat edib.

Lakin Klopp anasının dəfn mərasiminə gedə bilmədiyini bəyan edib. 54 yaşlı mütəxəssis bu barədə mətbuat konfransında bildirib:

“O, sözün həqiqi mənasında əsl ana idi. Hazırda daha yaxşı yerdə olduğuna əminəm. Qlobal pandemiya vəziyyətinə görə dəfn mərasimində iştirak edə bilməyəcəyəm. Vəziyyətlər düzələn kimi anım mərasimi keçirəcəyik”.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19923 səs