Dünyanın ən sadiq futbolçusu açıqlandı
"Sport Bible" nəşri dünyanın klublarına ən sadiq futbolçularının reytinqini açıqlayıb.
Goal.az xəbər verir ki, siyahıya Rusiya millisinin və CSKA-nın qapıçısı İqor Akinfeyev başçılıq edir.
17 il 8 aydır Moskva təmsilçisinin formasını geyinən 35 yaşlı qolkiper bütün rəqiblərini qabaqlayıb.
Sonrakı iki pilləni İspaniya Barcelona-sının kapitanı Lionel Messi ilə İngiltərənin West Ham komandasının yarımmüdafiəçisi Mark Nobl bölüşdürür. Onlar 16 il 8 aydır müvafiq klublarda çıxış edirlər.
Siyahıda İtaliya Roma-sının sabiq futbolçusu Françesko Totti, Juventus-un müdafiəçisi Corcio Kyellini, İspaniya Real Madrid-inin oyunçusu Serxio Ramosun da adları var.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR