17/02/2021
12:55
1549
| A A A
Maradonanın 178 milyonluq mirası var - Pullar hardadır?

Ötən ilin noyabrında əvvəl ürək tutmasından vəfat edən Dieqo Maradonanın 75 milyon funt-sterlinq (təxminən 178 milyon manat) mələğində mirası qalıb.

Goal.az xəbər verir ki, bu iddia ilə goal.com nəşri çıxış edib. 60 yaşında dünyasını dəyişən əfsanəvi futbolçunun 75 milyon funt-sterlinq mirası olduğu bildirilsə də, bu pullardan əsər-əlamət yoxdur.

Onun kiçik oğlu Dieqo Fernando bununla bağlı açıqlama verib: "Atamın 75 milyon funt-sterlinq mirasının olduğunu deyirlər. Amma hesablayanda görünür ki, geriyə qalan kiçik bir mənzil, köhnə bir həyət evi, iki maşın və 4 milyon funt-sterlinqdir".

Maradonanın vəkili isə açıqlamasında bildirib: "Maradonanın qazandığı pullar haradadır? Ümid edirəm ki, özü xərcləyib. Belə olduğu halda problem yoxdur. Amma bunu sübut edə biləcək hansısa sənəd də tapılmayıb”. (fanat)

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19922 səs