21/02/2021
14:26
897
| A A A
Ronaldinyonun ailəsində şok itki

Dünya futbolunun əfsanəsi Ronaldinyonun anası Migelina Eloi Dos Santos 71 yaşında ikən koronavirus infeksiyasından vəfat edib.

Goal.az xəbər verir ki, bununla bağlı 40 yaşlı keçmiş hücumçu tvitter profilində qara foto qoyub.

Braziliya millisinin sabiq forvardı 2020-ci ilin dekabrında anasının koronavirusa yoluxduğunu bildirib. Həmin vaxt Migelina Eloi intensiv terapiya şöbəsinə yerləşdirilmişdi.

Qeyd edək ki, Ronaldinyo karyerasını 2018-ci ildə başa vurub.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19923 səs