Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı qapıçılarının siyahısını açıqlayıb.
Goal.az xəbər verir ki, araşdırma 1987-2020-ci illəri əhatə edib.
Siyahının ilk pilləsində İtaliya yığmasının sabiq üzvü, Juventus-un qapıçısı Canluici Buffon yer alıb. 43 yaşlı futbolçunun aktivində 357 xal var.
İspaniya yığmasının və Real Madrid-in sabiq qapıçısı İker Kasilyas 260 xalla 2-ci sırada qərarlaşıb. Chelsea-nin keçmiş futbolçusu, Çexiya yığmasının sabiq qolkiperi Petr Çex isə 218 xalla 3-cü yeri tutub.
Qeyd edək ki, İFFHS 34 ildə hər mövsüm yüksək nəticə göstərən qapıçıları sıralayıb. Hər il "20-lik"də yer alan qapıçılar xallar toplayıb. Birinci yerin sahibi 20, ikinci yer 19, üçüncü yer isə 18 xal alıb. 20-ci yerdəki qolkiperə 1 xal verilib.
Siyahının ilk 10 pilləsində yer alan qapıçılar:
1. Canluici Buffon (İtaliya) - 357
2. İker Kasilyas (İspaniya) - 260
3. Petr Çex (Çexiya) - 218
4. Edvin Van Der Sar (Niderland) - 201
5. Manuel Noyer (Almaniya) - 200
6. Peter Şmeyxel (Danimarka) - 179
7. Oliver Kan (Almaniya) - 162
8. Xose Luis Çilavert (Paraqvay) - 146
9. Valter Zenqa (İtaliya) - 132
10. Andoni Subisaretta (İspaniya) - 132