26/02/2021
22:47
3617
| A A A
Portuqaliya millisinin qapıçısı dünyasını dəyişdi

Portuqaliya millisi və Porto-nun həndbolçusu Alfredo Kintana dünyasını dəyişib.

Goal.az xəbər verir ki, 4 gün öncə məşq zamanı ürəyi dayanan və komaya düşən 33 yaşlı qapıçının həyatını xilas etmək mümkün olmayıb.

Həkimlərin sözlərinə görə, təcrübəli qolkiperin vəziyyətinin pisləşməsinə beynindəki şiş səbəb olub.

Qeyd edək ki, 10 ildir Porto-da çıxış edən Kintana 2014-cü ildən yığmanın formasını geyinirdi.

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15562 səs