28/02/2021
11:16
1560
| A A A
Argentina yığmasının keçmiş qapıçısı maşınla adam öldürdü - FOTO

Argentina milli komandasının keçmiş qapıçısını ABŞ-ın Şimali Karolina ştatının həbsxana cəzası gözləyir.

Goal.az xəbər verir ki, sabiq qolkiper avtomobili ilə adam vurub. Nəticədə 56 yaşlı Xuan Riveroi yerindəcə keçinib.

Hüquq-mühafizə orqanları hadisənin səbəblərini müəyyənləşdirmək üçün müvafiq ekspertizalar aparırlar. 47 yaşlı keçmiş qapıçıya qarşı cinayət işi qaldırılıb.

Qeyd edək ki, Pablo Kavalyero 1996 - 2006-cı illərdə Argentina yığmasında 26 oyun keçirib. O, Argentinanın "Veles Sarsfild" və "Union" (Santa-Fe), İspaniyanın "Espanyol", "Celta" və "Levante", həmçinin Uruqvayın "Penyarol" komandalarının formasını geyinib. Kavalyero millinin heyətində 2004-cü il Amerika Kubokunun gümüş medalını qazanıb. Hazırda o, "Veles Sarsfild"in idman direktorudur. (report)

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15563 səs