10/03/2021
11:11
1602
| A A A
Məşhur stadiona Pelenin adı verilə bilər

Braziliyanın Rio-de-Janeyro şəhərindəki "Marakana" stadionuna futbol üzrə üçqat dünya çempionu Pelenin adı verilə bilər.

Goal.az xəbər verir ki, müvafiq qanun layihəsi ştatın qanunvericilik yığıncağında təsdiqlənib.

"Marakana" 1950-ci ildə açılıb və 1999-cu ildə bərpa olunanadək dünyanın ən iritutumlu stadionu sayılıb.

155 250 nəfər üçün nəzərdə tutulmasına baxmayaraq, DÇ-1950-də Braziliya yığmasının Uruqvaya 1:2 hesabı ilə uduzduğu final oyununu, rəsmi hesablamalara əsasən, 199 854 nəfər izləyib.

Qeyd edək ki, Pele Braziliya milli komandası ilə 3 dəfə dünya çempionu olub və FİFA tərəfindən əsrin oyunçusu seçilib.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13169 səs