11/03/2021
13:24
820
| A A A
Everton-un futbolçusunun evi qarət olundu

Everton klubunun qapıçısı Robin Olsenin evi qarət olunub.

Goal.az xəbər verir ki, soyğunçular futbolçu və ailəsi evdə olarkən oğurluğa girib.

Quldurlar ailəni təhdid edərək, bahalı zinət əşyaları və saatlar oğurlayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Robin Olsen icarə əsasında Everton-da çıxış edir. 31 yaşlı futbolçu müqavilə ilə İtaliyanın Roma klubuna məxsusdur.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13160 səs