05/08/2021
19:33
1767
| A A A
Mixael Ballakın oğlu avtomobil qəzasında vəfat edib

Almaniya millisinin, Bayern Münich-in və İngiltərənin Chelsea klubunun sabiq futbolçusu Mixael Ballakın oğlu Emilio dünyasını dəyişib.

Goal.az xəbər verir ki, o, 18 yaşında avtomobil qəzasında vəfat edib.

Qəzanın təfərrüatları hələlik açıqlanmayıb. Hadisə Portuqaliyanın paytaxtı Lissabonun cənubunda Ballakınn evinin yaxınlığında baş verib.

Qeyd edək ki, Mixael Ballak 1999 - 2010-cu illərdə Almaniya millisində çıxış edib. O, 2002-ci ildəki dünya çempionatında gümüş, 2006-cı ildəki mundialda isə bürünc medal qazanıb. 45 yaşlı keçmiş yarımmüdafiəçi 2008-ci ildəki Avropa çempionatında gümüş mükafatçı olub.(report)