14/09/2021
10:49
4249
| A A A
FİFA 2022-nin ən reytinqli futbolçusu bilindi

FIFA 2022 video oyununun ən yüksək reytinqli futbolçusu müəyyənləşib.

Goal.az xəbər verir ki, PSG-nin hücumçusu Lionel Messi hamını qabaqlayıb. Onun simulyatordakı reytinqi 93 olub.

İkinci ən yüksək göstərici (92) Bayern Münich-in hücumçusu Robert Levandovskiyə məxsusdur. İlk "3-lüy"ü Manchester United-in yeni transferi Kriştiano Ronaldo tamamlayır - 91.