19/09/2021
11:24
1727
| A A A
Oyunu zamanı tribunaya qumbara atıldı

Filippinin Mindanao adasında qumbaranın partlaması nəticəsində ən azı 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Goal.az xəbər verir ki, hadisə idman zalında voleybol oyunu keçirilən zaman baş verib.

Naməlum şəxslər bir qrup azarkeşin əyləşdiyi tribunaya qumbara atıb. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları və kriminalistlər cəlb olunub. İnsidentin səbəbləri araşdırılır. (fanat)