13/10/2021
19:57
458
| A A A
Runi haqda film çəkilir

Manchester United-in və İngiltərə yığmasının sabiq futbolçusu Ueyn Runi haqda sənədli film çəkilir.

Goal.az xəbər verir ki, bu barədə Runi “Guardian” nəşrinə açıqlamasında deyib:

“İnsanların məni insan kimi başa düşmələrini çox istəyirəm. Həyatımda çətin anlar çox olub”.

Runi haqda sənədli film 2022-ci ilin əvvəlində nümayiş olunacaq.

Runi hazırda İngiltərənin Derby County klubunda baş məşqçilik edir. O, futbolçu karyerası ərzində 2004-2017-ci illərdə Manchester United-də çıxış edib. Sabiq hücumçu İngiltərə yığmasında 120 oyunda 53 qol vurub.(matc)