24/11/2021
20:00
1265
| A A A
Benzema şantaj işində günahkar sayılaraq cəzalandırıldı

Real Madrid-in futbolçusu Kərim Benzema hazırda Olympiakos-da çıxış edən Matyo Valbuenanın şantaj olunması işi ilə əlaqədar günahkar sayılıb.

Goal.az xəbər verir ki, 34 yaşlı hücumçu azadlıqdan şərti məhrum edilmə və 75 000 avro cəriməyə məruz qalıb.

Benzema məhkəmənin 20 oktyabr iclasına klubundakı matçlara hazırlaşması səbəbindən qatılmayıb. Onun adı Valbuenanın intim məzmunlu videyazı ilə şantaj olunmasında hallanır. İstintaq hesab edir ki, təcrübəli forvard vasitəçi kimi hərəkət edərək, Fransa yığmasındakı komanda yoldaşını video-çarxın yayılmamasından ötrü şantajçılara pul ödəməyə sövq edib.

Qalmaqal üzündən hər iki futbolçu 2016-cı il Avropa çempionatında Fransa millisindən kənarlaşdırılıb.