18/04/2022
15:17
2493
| A A A
Benzema öz rekordunu qırdı

Real Madrid La Liqanın 28-ci turunda Sevilla-ya qarşı 2:3 hesabı ilə qalib gəlib. "Kral klubunun" qələbə qolunu isə Kərim Benzema vurub.

Goal.az xəbər verir ki, bu qol fransız futbolçu üçün əlamətdar olub. Beləki, 28 tur sonra Benzema La Liqada 25 qol vurub. Bu Benzemanın karyerası ərzində ən uğurlu göstəricidir. 

Qeyd edək ki, daha öncə Benzemanın ən məhsuldar mövsümü 2015/16 olub. Kərim 27 oyuna 24 qolla yadda qalmışdı.