18/04/2022
13:00
1874
| A A A
İngiltərədə 15 futbolçu dopinq-testdən keçə bilməyib

2015 - 2020-ci illərdə İngiltərə Premyer Liqasının ən azı 15 futbolçusu antidopinq qaydalarını pozub.

Goal.az xəbər verir ki, onlar qadağan olunmuş maddələrlə bağlı testlərdən keçə bilməyiblər. Oyunçulardan heç biri diskvalifikasiya olunmayıb.

İddiaya görə, analiz nəticələri müsbət çıxmış 15 futbolçudan 12-nin orqanizmində fiziki gücü artıran maddələr aşkarlanıb. Bu işlərdən biri ilkin hələ də araşdırılır. Hələlik futbolçulara qarşı heç bir sanksiya tətbiq edilməyib. (report)