19/04/2022
14:06
3954
| A A A
Niderland Kubokunun final matçı zamanı 22 azarkeş saxlanılıb

Rotterdam polisi PSV və Ajax komandaları arasında keçirilmiş Niderland Kubokunun final oyunu zamanı 22 azarkeşi saxlayıb.

Goal.az xəbər verir ki, fanatlar zorakılıq, priotexniki maddələrdən istifadə etmə, narkotik vasitə saxlama və hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələblərinə tabe olmamaqda günahlandırılırlar. Bildirilib ki, kütləvi saxlanılma matçın oynanıldığı stadiondan kənarda baş tutub.

Qarşıdurma zamanı iki azarkeş və bir polis yaralanıb, onlar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya getməli olublar.

Həmçinin, oyundan öncə Ajax-ın 200-ə yaxın tərəfdarını daşıyan 4 avtobus stadiona gedərkən yoxlanılıb. Üzərində narkotik maddə aşkarlanan şəxslər Amsterdama geri qaytarılıblar.

Qeyd edək ki, PSV - Ajax matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. (report)