19/04/2022
21:30
4392
| A A A
Liverpool azarkeşlərindən Ronaldoya dəstək

Liverpool azarkeşləri Manchester United-in futbolçusu Kriştiano Ronaldonun ötən gün vəfat edən oğlunu yad edəcəklər.

Goal.az xəbər verir ki, bu gün baş tutacaq Liverpool - Manchester United matçının 7-ci dəqiqəsində portuqaliyalı oyunçu 1 dəqiqə ərzində alqışlanacaq.

Premyer Liqanın XXX turundan təxirə salınan matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. (sportal)