21/04/2022
10:44
2078
| A A A
UEFA Bakıda məşqçi təlimatçıları üçün seminar keçirəcək

Bakıda UEFA-nın təşkilatçılığı ilə məşqçi təlimatçılarının inkişaf seminarı keçiriləcək.

Goal.az xəbər verir ki, aprelin 25-də başlayacaq seminar 3 gün davam edəcək.

Toplantıda Albaniya, Belarus, Farer adaları, Cəbəllütariq, Moldova, San Marino və Uelsdən olan təlimatçılar iştirak edəcək.

UEFA-nın Grassroots Mentoru Les Hovienin keçirəcəyi seminara UEFA nümayəndələri Ghenadie Scurtul və Tibor Sisa rəhbərlik edəcək.

Seminarda AFFA-nın texniki direktoru Cahangir Həsənzadə, məşqçi tədris şöbəsinin müdiri Aslan Kərimov və təlimatçılar iştirak edəcək.