23/04/2022
11:00
1300
| A A A
Qadın futbolunda tamaşaçı rekordu yenilənib

Qadın futbolçular arasında UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində Barcelona ilə Wolfsburg arasında keçirilmiş ilk oyun tamaşaçı sayında yeni dünya rekordu ilə əlamətdar olub.

Goal.az xəbər verir ki, Kamp Nou stadionunda təşkil olunmuş qarşılaşmanı 91 648 tamaşaçı izləyib.

Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb. Cavab oyunu aprelin 30-da Almaniyada olacaq.

Əvvəlki tamaşaçı rekordu martın 30-da Barcelona-nın Real Madrid-lə keçirdiyi Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşünə təsadüf edib. Həmin qarşılaşma zamanı tribunalarda 91 533 nəfər olub.

Qeyd edək ki, Çempionlar Liqasında final oyunu mayın 21-də İtaliyanın Turin şəhərində gerçəkləşəcək. Barcelona yarışın son qalibidir. (report)