23/04/2022
14:49
442
| A A A
VAR Konfrans Liqasında da tətbiq olunacaq

UEFA-nın Konfrans Liqasının yarımfinal oyunlarında VAR sistemindən istifadə edəcəyi dəqiqləşib.

Goal.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Bundan əvvəl yalnız finalda bu texnologiyadan istifadə planlaşdırılırdı.

Konfrans Liqasının yarımfinalında Leicester City Roma ilə, Feyenoord isə Marseille-lə qarşılaşacaq. Yarımfinal mərhələsinin ilk oyunları aprelin 27 və 28-də, cavab qarşılaşmaları isə 4 və 5 mayda keçiriləcək. (sportinfo)