30/04/2022
17:17
695
| A A A
UEFA Rusiyaya qarşı sanksiyanın müddətini uzadacaq

UEFA Rusiyaya tətbiq etdiyi sanksiyaların müddətini uzadacaq.

Goal.az xəbər verir ki, Avropa futbol qurumu növbəti həftə bu məsələ ilə bağlı qərarını açıqlayacaq.

İddiaya görə, Rusiya Futbol İttifaqı UEFA-dan çıxarılmayacaq. Əvəzində diskvalifikasiya qərarı 2022/2023 mövsümündə də qüvvədə olacaq.

Qeyd edək ki, FIFA və UEFA Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya komandalarını öz bayraqları altında keçirilən turnirlərdən kənarlaşdırıb. (report)