05/05/2022
11:49
753
| A A A
Maradonanın məşhur oyunda geyindiyi forma rekord qiymətə satılıb

Argentina millisinin sabiq futbolçusu Dieqo Maradonanın forması hərracda rekord qiymətə satılıb.

Goal.az xəbər verir ki, adı açıqlanmayan alıcı geyim dəsti üçün 8,4 milyon avro ödəyib.

Mərhum oyunçu həmin formanı 1986-cı ildə Meksikada keçirilmiş dünya çempionatında İngiltərə yığmasının qapısına əllə qol vurduğu 1/4 final matçında (2:1) geyinib. Sözügedən forma son 35 ildə İngiltərə millisinin keçmiş üzvü Stiv Hocda olub. O, formanı matçdan sonra Maradona ilə dəyişib.

Bu, indiyədək auksionda hansısa idman atributuna ödənilmiş ən yüksək məbləğdir. Əvvəlki rekord 2019-cu ildə qeydə alınıb. Həmin il ABŞ-ın "Nyu-York Yankiz" komandasının beyzbolçusu Beyb Rutun forması 5,2 milyon avroya satılıb.

Qeyd edək ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də dünyasını dəyişib. (report)