14/05/2022
10:38
1598
| A A A
XXI əsrdə ən çox het-trik edən futbolçular açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə ən çox het-trik edən oyunçuların siyahısını açıqlayıb.

Goal.az xəbər verir ki, Portuqaliya millisinin və Manchester United-in hücumçusu Kriştiano Ronaldo birinci pillədə qərarlaşıb.

37 yaşlı forvard karyerası ərzində 60 dəfə buna nail olub.

PSG-də çıxış edən Argentina yığmasının ulduz futbolçusu Lionel Messi (55) ikinci, Maldiv seçməsinin və İqlz klubunun üzvü Əli Aşfak (35) üçüncü sırada yer alıb.

İlk "5-liy"i Bayern-də çıxış edən polşalı Robert Levandovski (30) və Atletico Madrid-dən uruqvaylı hücumçusu Luis Suares (29) qapayır. (report)