16/05/2022
10:00
3073
| A A A
İbrahimoviç Milan-ın avtobusunun şüşəsini sındırıb

Milan-ın futbolçusu Zlatan İbrahimoviç klubun avtobusunun şüşəsini sındırıb.

Goal.az xəbər verir ki, hadisə A Seriyasının XXXVII turunda Atalanta ilə ev oyunundan əvvəl baş verib.

41 yaşlı hücumçu vacib matç ərəfəsində həyəcanlanıb və içəridə olarkən avtobusun şüşəsini vurub.

Qeyd edək ki, qarşılaşma Milan-ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda sona bir tur qalmış 83 xalla liderdir. İkinci sıradakı İnter-in 81 xalı var. İbrahimoviçin klubla müqaviləsi yayda başa çatacaq. (report)