24/05/2022
10:00
1352
| A A A
Pişiyi təpikləyən futbolçu məhkəmə qarşısına çıxacaq

West Ham-in futbolçusu Kurt Zuma ölkəsi Fransada məhkəmə qarşısına çıxacaq.

Goal.az xəbər verir ki, buna 28 yaşlı müdafiəçinin pişiyi təpikləməsi səbəb olub.

Fransalı oyunçunun məhkəməsi mayın 24-də Londonda baş tutacaq. Zuma ilə yanaşı, onun heyvana qarşı qəddarlığını videoya çəkən qardaşı da mühakimə olunacaq.

İddiaya görə, oyunçunu 4 ilə qədər həbs cəzası və 60 000 avro cərimə gözləyir. (report)