24/05/2022
21:45
4471
| A A A
AFFA rəsmisi Millətlər Liqası oyununa təyinat aldı

AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti dəfə təyinat alıb.

Goal.az xəbər verir ki, o, Norveç və Sloveniya yığmaları arasında keçiriləcək Millətlər Liqasının qrup mərhələsinin 3-cü tur oyununda UEFA nümayəndəsi olacaq.

Noyabrın 9-da Oslodakı “Ullevaal” stadionunda keçiriləcək bu qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. (sportal)