25/05/2022
15:21
3581
| A A A
İngiltərə Premyer Liqası Chelsea-nin satışını təsdiqləyib

İngiltərə Premyer Liqası Chelsea-nin ABŞ-dan olan iş adamları Todd Boeli, Mark Uolter, isveçrəli milyarder Hansyorq Viss və "Clearlake Capital" investisiya şirkətindən ibarət qrupa satılmasına razılıq verib.

Goal.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb. Klubu alan konsorsium qarşı tərəfə təqribən 5 milyard ABŞ dolları ödəyəcək. Ümumi sərmayənin 2,9 milyard avrosu "zadəganlar"ın səhmlərinin alınmasına sərf olunacaq və bu gəlir xeyriyyə işlərinə yönləndiriləcək.

Qeyd edək ki, Britaniya hakimiyyəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Chelsea-nin əvvəlki sahibi Roman Abramoviçin, o cümlədən klubunun aktivlərini bloklayıb. Bu səbəbdən rusiyalı funksioner fevralın 26-da klubun idarəçiliyini Chelsea Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. Martın 2-də isə o, klubu satmaq niyyətində olduğunu açıqlayıb. (report)